“Bakı Universiteti” qəzeti Belarus Dövlət Universitetində keçirilən müsabiqədə birinci yerə layiq görülüb

11/03/2016

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri - Taleh Mursaqulov və Ayşə Mustafayeva Belarus Dövlət Universitetində keçirilən «Jurnalistika qış məktəbi» adlı beynəlxalq praktikum seminarda iştirak ediblər.  Adıçəkilən konfransa Almaniya, Rusiya, Ermənistan, Slovakiya və Belarusiyanın digər universitetlərinin  tələbələri də qatılıblar.  Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqəyə tələbələrin təmsil etdikləri universitet qəzetləri də təqdim edilib.  Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzeti Belarus Dövlət Universitetində keçirilən “Ən yaxşı xarici nəşriyyat” nominasiyasında birinci yerə layiq görülüb və universitetin rektoru, akademik Ablameyko Sergey Vladimiroviçin   imzası ilə diplom verilib.

Qeyd edək ki, tədbir çərçivəsində tələbələr Belarusiyanın tarixi-memorial abidələrini ziyarət edib, bir sıra dövlət müəssisələrində təşkil olunan brifinqlərdə, o cümlədən müxtəlif mövzularda keçirilən seminar və konkurslarda  Bakı Dövlət Universitetini  müvəffəqiyyətlə təmsil ediblər.

Mətbuat və informasiya şöbəsi, 11 mart 2016-ci il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026