Bakalavrların nəzərinə!

14/08/2023

Bakı Dövlət Universiteti (BDU) 2023/2024-cü tədris ili üçün magistratura üzrə boş qalan yerlərə qəbul olmaq üçün 2023-cü il avqustun 14-dən 20-dək ixtisaslaşma seçimi elan edir.

Boş qalan yerlərə qəbul 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 20 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Xəbərlər

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026