Bakıda on birinci Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb

06/10/2017

Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin artıq ənənə halı aldığını bildirib.Vurğulanıb ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazirliyin stendləri bu il daha geniş sahəni əhatə edir. Sərgidə fəaliyyət göstərən lektoriyada isə mühazirələrin oxunması, startapçıların çıxışı və təqdimatların nümayişi nəzərdə tutulub.

CEO-nun direktoru Edvard Stron sərginin “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkilinin təsadüfü olmadığını diqqətə çatdırıb. O deyib: “Müasir dövrdə insan ən böyük kapitaldır”.

E.Stron bildirib ki, sərgidə xarici ölkələrin təhsil proqramları təqdim olunur. Bu, azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün geniş imkanlar yaradacaq.

Sərgi ilə tanış olan iştirakçılara “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil - sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim olunur. Həmçinin Azərbaycan ilə yanaşı, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, məktəb, kollec, təhsil mərkəzləri və kursları təqdim edilir.

Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində bu qurumun yaxın gələcək üçün plan və proqramları barədə məlumat verilir. Bu il sərgi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənir. Tədbir çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” mövzusunda seminar da təşkil olunacaq.

Sərgi oktyabrın 8-də başa çatacaq.

Mətbuat və informasiya şöbəsi, 06 oktyabr 2017-ci il.



Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024