“Baker Hugs” şirkətinin nümayəndələri universitetdə olub

18/12/2013

Bu gün məşhur “Beyker Hyuqs” (“Baker Hugs”) Şirkətinin nümayəndələri – Universitetlərlə əlaqələrin inkişaf etdirilməsi və işə götürmə üzrə baş menecer Samanta Soqolo, Universitetlərlə əlaqələrin ink işaf etdirilməsi və işə götürmə üzrə Rusiya və Xəzər dənizi sahili ölkələr üzrə mütəxəssis Yekatirina Mişina və Azərbaycanda istehsal şöbəsinin baş mühəndisi Rüfət Həsənov Bakı Dövlət Universitetində olublar. Qonaqları Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva qəbul edib. Qonaqlar kimya, fizika, geologiya, tətbiqi-riyaziyyat və mexanika riyaziyyat fakültələrinin ingilis dilli qruplarının tələbələri ilə görüşüb, şirkət və şirkətdə iş imkanları haqqında təqdimat keçiriblər.

“Beyker Hyuqs” neft-qaz xidməti üzrə dünyanın lider şirkətlərindən biridir. Şirkət burma, tədqiqat, neft və qaz yataqlarının ististmarı üçün cihazlar istehsal edir və işçi xidməti təklif edir. Şirkət 1987-ci ildə yaradılıb və bu müddət ərzində neft-qaz sahəsində fəaliyyət göstərən bir çox məşhur müəssisələr həmin şirkətə qoşulub. Bu gün “Beyker Hyuqs” şirkəti dünyanın 90-dan artıq ölkəsində fəaliyyət göstərir, dünya üzrə 59000, Azərbaycanda isə təxminən 400 işçisi var. Eyni zamanda Tselle (Almaniya), Novosibirsk (Rusiya), Lafayeti (Luiziana, ABŞ), Hyustn, Peskare (İtaliya), Kuala-Lumpur (Malayziya), Hartlpule (Böyük Britaniya), Səudiyyə Ərəbistanı və s. kimi ölkələrdə laboratoriyaları var.

Azərbaycanda istehsal şöbəsinin baş mühəndisi Rüfət Həsənov şirkətin Azərbaycan ofisində iş imkanları barədə məlumat verib, özünün işə düzəlmə və yüksəliş yolundan danışıb, tələbələrə onlayn müraciətin üsullarını başa salıb.

Mətbuat və İnformasiya Şöbəsi , 18 dekabr 2013.

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026