Bakının 322 nömrəli tam orta məktəbinin şagirdləri BDU-nu ziyarət ediblər

08/05/2025

Bakının Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər. Şagirdlər BDU-nun Heydər Əliyev muzeyi, Heydər Əliyev lektoriyası, Təkamül muzeyi, Universitetin unikal layihəsi olan “EKO Məkan”da olub, Mexanika-riyaziyyat  fakültəsində tədris prosesini izləyiblər.

Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.

Sonda şagirdlər BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə tanış olublar.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026