Banaras Hindu Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

30/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ustad dərsi keçirilib.

Hindistanın Banaras Hindu Universitetinin professoru, yazıçı-publisist, bədii tərcüməçi Yaqub Yavər Şərqşünaslıq fakültəsinin reqionşünaslıq (Pakistan üzrə) ixtisası üzrə tələbələrinə "Müasir urdu ədəbiyyatı və bədii tərcümə" adlı mühazirə oxuyub.

Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov BDU-nun və Şərqşünaslıq fakültəsinin tarixi və müasir dövrü haqqında urdu dilində məlumat verib.

Yaqub Yavər urdu ədəbiyyatının hazırkı vəziyyəti, Hindistan və Pakistanda fəaliyyət göstərən müasir şair və yazıçılar haqqında danışıb, o cümlədən dünya ədəbiyyatından urdu dilinə tərcümə olunmuş kitablardan bəhs edib. Yaqub Yavər özünün tərcümə etdiyi kitablardan söz açaraq, bədii tərcümə işində qarşılaşdığı çətinliklərə diqqət çəkib. Professor tərcümə zamanı bədii tərcümə texnikalarından istifadə etməyin üstünlüyünü qeyd edib.

Dünya ədəbiyyatının ingilis dilində olan nümunələrinin urdu dilinə tərcüməçisi olan Yaqub Yavər Azərbaycan ədiblərinin də əsərlərinin urdu dilinə tərcümə edilməsi təklifi ilə çıxış edib. Bu işdə Şərqşünaslıq fakültəsinin urdu dili şöbəsinin müəllim və tələbələrinin köməyindən yararlanacağına ümid etdiyini bildirib. O, eyni zamanda çalışdığı Hindistanın Banaras Hindu Universiteti ilə BDU arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026