Baramada jurnalistlər üçün təlim

21/05/2015

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin təşəbbüsü ilə “Azercell Mobil Jurnalistika Seminarı “ adlı təlim təşkil edilir. 19- 20 may 2015-ci il tarixlərində baş tutmuş təlimdə jurnalistika fakültəsinin 2 və 3-cü kurs tələbələri iştirak edib. Təlimdə gənc jurnalistlər sosial media və mobil cihazlar vasitəsi ilə xəbərlərin çatdırılması və yaradılması ilə bağlı bilgilər əldə ediblər.Təlimçi Dan Meyson onlayn, mobil və sosial mediada ixtisaslaşan multimedia üzrə britaniyalı ekspert- peşəkardır. Jurnalistlər (və jurnalistika tələbələri) üçün təlimlərlə bərabər, o, həmçinin dünyanın müxtəlif yerlərində jurnalist tədrisi layihələri ilə də əməkdaşlıq edir. O, fərqli layihələr çərçivəsində tez-tez Azərbaycanda işləyir, dəfələrlə müxtəlif mükafatlar qazanıb və karyerasının 25 ilini Böyük Britaniya qazetlərində baş redaktor və yeni nəsil xəbərlər agentliklərində baş icraçı direktor vəzifəsində çalışıb.  Təlim Azercell şirkətinin təşkilatı dəstəyi ilə Azercell-in Barama innovasiyalar mərkəzində keçirilib.

Mətbuat və informasiya şöbəsi, 20 may 2015-ci il.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026