BDU-da “Bayraktar Texnologiya Azərbaycan” şirkətinin nümayəndə heyəti ilə görüş

27/12/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Bayraktar Texnologiya Azərbaycan” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Şirkətin direktoru Hüseyn Topuz qurumun Azərbaycanda fəaliyyətə başladığı 2022-ci ildən bəri gördüyü işlər, fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib.

Görüşdə “Bayraktar Texnologiya Azərbaycan” şirkəti daxilində fəaliyyət göstərən PUA istehsalat müəssisəsində dizayn, mexanika, elektronika və proqramlaşdırma istiqamətlərində BDU tələbələri üçün təlim, təcrübəkeçmə və iş imkanları müzakirə olunub. Birgə fəaliyyət çərçivəsində uçuş sistemlərinə aid müxtəlif araşdırma, hesablama və rəqəmsal həllərin tətbiqinin bir hissəsinin BDU-da həyata keçirilməsinin mümkünlüyü vurğulanıb.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026