Bayrağımız ölkəmizin işğaldan azad olunmuş bütün yaşayış məntəqələrində dalğalanacaq

07/11/2020

Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra xarici dövlətlərin dəstəyinə arxalanaraq, Azərbaycana qarşı hərbi təxribatlara başladı. Lakin həmin dövlətlərin dəstəyi də onu xilas edə bilmədi. Paşinyan dövlət başçılığına layiq olmadığını, savadsızlığını, səriştəsizliyini bir daha təsdiqlədi. Hakimiyyətə küçə və meydanlardan gəlmiş baş nazir əvvəldən dərk etməli idi ki, kasıb, rəzil Ermənistan dövləti güclü iqtisadiyyata, müasir silah-sursatla təchiz edilmiş peşəkar orduya malik Azərbaycanla müharibə aparmaq iqtidarında deyil.
İşğalçı Ermənistan bütün sahələrdə ölkəmizdən çox geri qalır. Bunun əsas səbəblərindən biri də Prezident İlham Əliyevin bu illər ərzində düşü­nülmüş, müdrik daxili və xarici siyasət yürütməsi, Azərbaycan dövlətinin imicini yüksəklərə qaldırması, güclü, nizami ordu formalaşdırma­sıdır. Ermənistanın sentyabrın 27- də başladığı genişmiqyaslı təxribat bu ölkənin iç üzünü bir daha açdı. Artıq Ermənistanın kütləvi informasiya vasitələrində də ölkə iqtisadiyyatının tamamilə çökməsi, zəruri ərzaq qıtlığı ilə yanaşı, sürətlə bahalaşma getdiyi bildirilir.
Ermənistanda iqtisadi vəziyyət o qədər acına­caqlıdır ki, Paşinyan hakimiyyəti artıq ordusunu ərzaqla, hərbi sursatla təmin etmək iqtidarında deyil. Bu. azmış kimi, təcavüzkar orduda fərarilik baş alıb gedir. İşğalçı ölkə vətəndaşları nəinki vu­ruşmaqdan, hətta orduya getməkdən imtina edirlər. Bununla bağlı parlamentdə də qərar qəbul olundu: fərariliyə görə 6 ildən 12 ilə qədər həbs cəzası təsdiqləndi. Lakin bu da yaranmış gərginliyə təsir edə bilməz. Artıq Ermənistan vətəndaşları da başa düşürlər ki, onlar başqa dövlətin torpaqlarında vuruşub ölürlər. Hər yerdən ümidi üzülən Paşin­yan xaricdə yaşayan ermənilərə üz tutub və onları Qarabağda döyüşməyə çağırır.
Prezident İlham Əliyev müharibənin ilk günlərində qeyd edirdi ki, Ermənistan tərəfindən Azərbaycana qarşı xarici muzd­lular vuruşurlar. Buraya xaricdən gətirmiş erməni millətindən olan muzdlularla yanaşı, Suriya və İraqdan gətirilən PKK və YPG terrorçuları da daxildir. Məğlubiyyətin bir addımlığında olduğunu hiss edən Paşinyan artıq din xadimlərini də zorla döyüşə göndərir. Halbuki, bütün dinlərdə olduğu kimi, ermənilərin sitayiş etdiyi xristianlıq da zorakılığı qəti inkar edir.
Ermənistanda siyasi- hərbi rəhbərliyin istefası­na çağırışlar başlanıb. Keçmiş rəhbərliklərdən də artıq Paşinyanın istefası barədə çağırışlar səslənir. Siyasi ekspertlərin də qeyd etdikləri kimi, bu gün artıq Paşinyan Qarabağ haqqında deyil, vəziyyətin gündən-günə ağırlaşdığı Ermənistan dövlətinin mövcudluğu haqqında düşünməlidir.
Əminik ki, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə yaxın günlərdə Qarabağda tam qələbə qaza­nacaq. Azərbaycan bayrağı Şuşa, Xankəndi də daxil olmaqla, işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə dalğalanacaq. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha görəcək.

http://xalqqazeti.com/az/news/


Kamilə Əliyeva,
Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024