“Bayraq mənliyimdir” adlı tədbir keçirilib

09/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir” adlı tədbir keçirilib.

Onlayn tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Fakültənin III kurs tələbəsi Sezər Məmmədli Azərbaycan bayrağının tarixindən bəhs edərək, bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, müqəddəslik rəmzi olduğunu vurğulayıb.

  1. Sonra Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində qurduğu dövlətlərin bayraqlarından bəhs edilən videoçarx nümayiş olunub.

Tədbirdə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək iştirakçıları  9 noyabr - Dövlət Bayrağı Günü və döyüş meydanında son günlər əldə olunan tarixi qələbələr münasibətilə təbrik edib, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət Bayrağına münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu diqqətə çatdırıb.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, beynəlxalq miqyasda tanınmasından, Azərbaycan bayrağının rəmzi mənasından söz açıb, ədəbiyyatımızda bayraq mövzusunda yazılmış ədəbi nümunələr haqqında məlumat verib.

  1. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov sentyabrın 27-dən - hərbi əməliyyatların başlanmasından etibarən fakültənin əməkdaş və tələbələrinin orduya göstərdikləri dəstəkdən, bu istiqamətdə fakültənin həyata keçirdiyi tədbirlərdən, gənclərin informasiya müharibəsindəki aktivliyindən söz açıb.

Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda musiqi və şeirlər təqdim olunub.    
Sonda Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşları - professor Mətanət Abdullayeva və dosent Rəhilə Quliyeva sevinc və qürur hisslərini iştirakçılarla bölüşüb, tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Xəbərlər

BDU tələbələri DİA-da “Azərbaycanın dövlət müstəqilliyi və konstitusion inkişaf tarixi” mövzusunda məruzə ediblər

BDU tələbələri DİA-da “Azərbaycanın dövlət müstəqilliyi və konstitusion inkişaf tarixi” mövzusunda məruzə ediblər
14/03/2025

BDU-da “AgroEco” hakatonunun final mərhələsi keçirilib

BDU-da “AgroEco” hakatonunun final mərhələsi keçirilib
14/03/2025

BDU nümayəndə heyəti Pakistanın Ali Təhsil Komissiyasında müzakirələr aparıb

BDU nümayəndə heyəti Pakistanın Ali Təhsil Komissiyasında müzakirələr aparıb
14/03/2025