"Əbədi müstəqilliyimizin banisi: Heydər Əliyev"

10/05/2024

"BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Əbədi müstəqilliyimizin banisi: Heydər Əliyev" adlı tədbir keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov dahi liderin həyat yolu, müstəqil Azərbaycan uğrunda apardığı mübarizə və dövlət quruculuğundakı əvəzsiz rolu barədə məlumat verib.

Daha sonra BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev Ulu Öndərin hüquq islahatlarından söz açıb, demokratik və hüquqi dövlət quruculuğundakı əvəzsiz rolunu vurğulayıb, həmçinin Ümummilli

Liderin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyasının, yeni qanun və məcəllələrin hazırlanmasına diqqət yetirib.

Azərbaycan dili kafedrasının müdiri, professor İlhamə Hacıyeva Ulu Öndərin Azərbaycan dilinin inkişafına ayırdığı xüsusi diqqət və qayğıdan söz açıb.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini, fəlsəfə doktoru Kənan Vəkilov çıxışında Ulu Öndərin çətin zamanda həyata keçirdiyi uğurlu xarici siyasətindən bəhs edib və onun əsasını qoyduğu amalların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonda Ulu Öndərin xatirəsinə həsr olunmuş videoçarx izlənilib.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026