"Əbədiliyə doğru 102 addım"

08/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Əbədiliyə doğru 102 addım" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz tarixi şəxsiyyət olduğunu, Azərbaycan xalqının həyatında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev keçmiş ittifaq dövründə və müstəqillik illərində elmin, təhsilin hamisi olub. O, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlər həyata keçirib, mühüm fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin irsi bütün nəsillər üçün örnəkdir, daim gənclər üçün həyat məktəbi rolunu oynayır.

Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və səhnəciklər təqdim olunub. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin zəngin irsini və Azərbaycan gəncliyinə verdiyi dəyəri bir daha xatırlayıblar.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026