BDU 100 illik yubileylə bağlı rəsm müsabiqəsi elan edir

05/03/2019

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir.

Rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər.

Rəsm əsərlərinin məzmunu universitet həyatını əks etdirməlidir.

Rəsm əsərləri 30 iyun 2019-cu il tarixinədək Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı yaradılmış təşkilat komitəsinə təqdim edilməlidir.

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar,  fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcəkdir.

 

Mətbuat və informasiya şöbəsi, 5 mart 2019-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026