BDU 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulunu elan edir

13/07/2021

Sənədlərin qəbulu 2021-ci il 15 may tarixindən 05 avqust tarixinədək onlayn formada aşağıdakı linkdən qeydiyyatdan keçməklə aparılır.

http://indep.bsu.edu.az/en/rub/apply-online

Müsahibə 2021-ci il 10 avqust tarixindəm 20 avqust tarixinədək onlayn formada aparılacaqdır.

Təqdim ediləcək sənədlərin siyahısı:

-          seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, rektorun adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);

-          əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

-          sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə arayış;

-          etibarlı sərhədkeçmə sənədi;

-          3x4 sm ölçüdə rəqəmsal fotoşəkil;

-          tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

-          fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

-          İddiaçı haqqında dəstək məktubu.

Qeyd: 1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar BDU-ya yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi qəbul imtahanları əsasında qəbul ola bilərlər.

2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində BDU-ya sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi qəbul imtahanları əsasında qəbul ola bilərlər.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026