BDU 2 komanda ilə “TEKNOFEST-2024”ün finalında təmsil olunur

05/09/2024

Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-Akdeniz 2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində 2 komanda (“BSU Creativity Workz” və “ESST-6”) ilə təmsil olunur.

Festivalın “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxan “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsində əşyaların interneti (IoT) texnologiyasındakı innovativ sistem vasitəsilə əkin sahələri, tarlalar və istixanaların uzaqdan monitorinqinin təmin edilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə 20-dən çox parametrin, o cümlədən torpaq nəmliyi, UV miqdarı, temperatur, torpaqdakı duzlaşma, pH dəyəri, CO2 səviyyəsi və gübrə miqdarı kimi göstəricilərin canlı izlənməsi mümkün olacaq. Bundan əlavə, sahibkarlar bu parametrləri uzaqdan idarə etməklə, aqrar sahədə insan əməyini və maddi resursları minimuma endirə biləcəklər. Layihə həmçinin kənd təsərrüfatı sahələrini kamera nəzarəti altında saxlamaq, səmərəliliyi və davamlılığı artırmaq, ətraf mühitin təsirlərindən qorumaq, pul və vaxta qənaət etmək, kənd təsərrüfatında insan əməyini azaltmaq məqsədlərini daşıyan multidissiplinar bir məhsul kimi təqdim edilib. Bununla zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb.

Layihə sintezlənmiş Super Absorbent Polimer (SAP) hidrogellərlə parklar və magistral yol kənarındakı yaşıllıq ərazilərdə suvarma sisteminə ehtiyac olmadan torpağın nəmliyini tənzimləyə bilən bir sistemin inkişafını da nəzərdə tutur.

“TEKNOFEST-2024”ün finalına yüksələn ikinci BDU komandası “ESST-6” isə “E-tarım sulama” layihəsi ilə təmsil olunur. Layihə kiçik maliyyəli və yüksək keyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətl, kənd təsərrüfatı sahəsində çalışanları daha yüksək məhsuldarlıqla təmin etməkdir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək “TEKNOFEST-Akdeniz 2024”ün finalında  1270 komanda, 6514 finalçı yarışır. Ümumilikdə yarışmada 774296 komanda və 1569944 nəfər iştirak edib.

Xəbərlər

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq
21/08/2025

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib
21/08/2025

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
21/08/2025