BDU üç beynəlxalq reytinq siyahısında yer alıb

09/10/2018

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS)  şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb. Dünyanın 20 min top universitetini araşıdıran şirkət siyahıya yalnız 1000 top universiteti daxil edib. 2018-ci il sentyabr ayının nəticələrinə əsasən Azərbaycandan yalnız Bakı Dövlət Universiteti reytinqdə 801+ yerdə qərarlaşıb.  Reytinqin tərtib olunmasında  akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2019

Bununla yanaşı, Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq cədvəlində yer tutub. Belə ki, "Round University Ranking"  Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir. Bu reytinqdə universitetlər dörd istiqamətdə qruplaşdırılmış 20 indikator üzrə  qiymətləndirilir: tədrisin  keyfiyyəti (40% ), tədqiqatların keyfiyyəti  (40%) beynəlmiləlləşdirmə (10%), maliyyə sabitliyi 10%).

http://roundranking.com/ranking/world-university-rankings.html#world-2018

Bakı Dövlət Universiteti, eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən "Webometrics"in 2018-ci il  reytinq cədvəlinə də düşüb. BDU (3656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5817 və 6495 cil yerlərdə qərarlaşıblar.

http://www.webometrics.info/en/Europe/Azerbaijan

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024