BDU ilə “Clarivate Analytic Şirkəti“nin əməkdaşlığı çərçivəsində humanitar elmlər üzrə seminar keçiriləcək

12/10/2018

18 oktyabr   2018-ci il tarixində saat 14.00 –da “BDU-Clarivate Analytic Şirkəti” (öncəTomson Reuters )  əməkdaşlığı   çərçivəsində humanitar  elmlər  üzrə növbəti  seminar  (Yeni bina, I mərtəbə, Akt zalı)  təşkil ediləcək.

Adıçəkilən  şirkətin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva  "Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər" adlı seminarlar keçəcək.

Seminarların  əsas məqsədi - beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarə edilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir.

I hissədə təlimçi “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı  məlumat verəcək.

II hissədə  “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı  layihə haqqında  məlumat veriləcək.

2 saat davam etməsi nəzərdə tutulan seminar rus dilində aparılacaq.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026