BDU tələbəsi "Dəmir yumruq" intellektual müsabiqəsində uğur qazanıb

29/12/2023

Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tələbələr arasında hüquq sahəsində "Dəmir yumruq" intellektual müsabiqəsinin final mərhələsi başa çatıb. 
Final mərhələsinin ikinci hissəsində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin komandalarının kapitanları arasında yarış təşkil olunub. Yarış Ümummilli Lider Heydər Əliyev ilə Ali Baş Komandan İlham Əliyevin həyat və fəaliyyəti, həmçinin Qarabağ Zəfərinə aid 15 testin cavablandırılması ilə başa çatıb.
SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə təhsil alan III  kurs tələbəsi Aytac Əliyeva komanda kapitanları arasında yarışda ikinci yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqəyə təşkilati dəstək və elmi əlaqələndirmə Vəkillər Kollegiyasının Akademiyası, "Kəngərli və Partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026