BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

09/10/2024

Bakı Dövlət Universiteti (BDU) qlobal davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) tamhüquqlu üzvləri sırasına qoşulub.

Qeyd edək ki, AASHE ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə sadiqliyini gücləndirmək və onların bu istiqamətdə fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə tanınmış bir platformadır.

Bu üzvlük Universitetin beynəlxalq arenada mövqeyini gücləndirərək, qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etməsinə imkan verəcək, ekoloji, sosial və iqtisadi sahələrdə daha dayanıqlı bir gələcək qurmaq üçün göstərdiyi səyləri dəstəkləyəcək, eləcə də BDU-ya davamlılıq sahəsində aparıcı beynəlxalq təcrübələrə çıxış imkanı yaradacaq.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026