BDU alimi Beynəlxalq elmi-praktiki konfransda iştirak edib

07/12/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əməkdaşı İsfəndiyar Ağayev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının təşəbbüsü ilə yaradılmış “MDB Təhlükəsizlik Problemləri İnstitutu”nun (Институт Проблем Безопасности СНГ) təşkil etdiyi və «MDB-də siyasi və iqtisadi inteqrasiyanın yeni səviyyəsinin formatları: MDB üzv-iştirakçı dövlətlərin təhlükəsizliyinin təmin edilməsi kontekstində Avrasiya əməkdaşlığı və infrastruktur sərmayələrinin genişləndirilməsi» mövzusunda keçirilmiş 3-cü Beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış edib.

MDB ölkələrinin dövlət təhlükəsizliyinin, digər orqan və təşkilatların nümayəndələrinin, elmi ictimaiyyətinin, Rusiya ilə MDB ölkələri arasında təhlükəsizlik və digər sahələr üzrə əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlətlərarası qurumların əməkdaşlarının, tanınmış alimlərin iştirak etdiyi konfransda, İsfəndiyar Ağayevin Almaniya Federativ Respublikasının Leypsiq Universitetinin nəşriyyatında ingilis dilində nəşr olunmuş «Rusiya Cinayət Hüququ» (Russian Criminal Law) və «Rusiya Penitensiar Hüququ» (Russian Penitentiary Law) kitablarının geniş təqdimatı keçirilib.

Beynəlxalq konfransın sonunda “MDB Təhlükəsizlik Problemləri İnstitutu”nun mətbu orqanı olan “Avrasiya dövlətlərinin beynəlxalq əməkdaşlığı: siyasət, iqtisadiyyat, hüquq” (Международное сотрудничество евразийских государств: политика, экономика, право) jurnalının redaksiya şurası formalaşdırılb və İsfəndiyar Ağayev həmin şuranın üzvü seçilib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026