BDU alimi kolorektal xərçənglə bağlı araşdırmalar aparır

04/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bağırsaq mikrobiotası və kolorektal (yoğun bağırsaq) xərçəng risk faktorları” (Gut Microbiota and Colorectal Cancer Risk Factors) adlı məqalə “Web of Sience” bazasinda indekslənən “Current Pharmaceutical Biotechnololgy” jurnalında cap olunub.

https://pubmed.ncbi.nlm.nih.gov/36200153/

Kolorektal xərçəng düz və ya yoğun bağırsaqda əmələ gələn bağırsaq xərçənginin bir növüdür. Kolorektal xərçəngin əmələ gəlməsində genetik amil ilə yanaşı, bağırsaqda yaşayan bakteriyalar mühüm rol oynayır. Məqalədə kolorektal xərçəngin inkişafı kontekstində bağırsaqda yaşayan bakteriya növlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi, bağırsaq mikrobiotasının dəyişməsi və dominant bakteriya növlərinin xüsusiyyətləri risk faktorları kimi araşdırılır. Bundan əlavə, bakteriyaların genotoksikliyi, biopərdə əmələ gətirməsi, oksidləşdirici stress, metabolit və disbiosis kimi proseslər kolorektal xərçəngin inkişafı ilə bağlı qiymətləndirilir.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026