BDU alimi Yaponiyanın “Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni” ilə təltif olunub

31/01/2022

Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyliyə “Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni”nin təqdim olunması mərasimi keçirilib.

Mərasim Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada çıxış edərək professor Oqtay Cəlilbəylinin Azərbaycanda yapon dili və mədəniyyətinin davamlı təbliğinə və ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə bu ordenə layiq görüldüyünü bildirib. Sonra səfir Cuniçi Vada azərbaycanlı alimə “Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni”ni təqdim edib.

Qeyd edək ki, 1875-ci ildə təsis olunan bu ordenin səkkiz dərəcəsi var. Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında xüsusi xidmətləri olan əcnəbi vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim edilir.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026