BDU aliminin elmi-praktik seminarı təşkil edilib

14/06/2021

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımovanın  “Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin ərəb qaynaqları” adlı onlayn mühazirəsi əsasında Nizami Gəncəviyə həsr edilmiş  elmi-praktik seminar təşkil edilib.

Seminarda çıxış edən  professor Aida Qasımova "Yeddi gözəl" əsərinin daxili quruluşu, kompozisiya xətti, poemanın bədii-estetik xüsusiyyətləri və ərəb dilində olan mənbələrdə əsər barədə olan məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Sonda  filologiya üzrə fəlsəfə doktoru, Elm şöbəsinin müdiri İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor Sənan İbrahimov və şərqşünas alim, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın məruzə ilə bağlı çıxış ediblər.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026