BDU aliminin həmmüəllif olduğu məqalə impakt faktorlu jurnalda çap olunub

23/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və Virusologiya Elmi-Tədqiqat Laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Antibiotiklərə davamlı olan bakteriyalara qarşı əksmənalı agentlər” (Antisense agents against antibiotic-resistance bacteria) adlı icmal məqaləsi “Scopus” bazasinda indekslənən Q2 “Le İnfezioni in Medicina”( 2022-ci il) jurnalında çap olunub.

Hazırda bütün dünyada antibiotiklərə qarşı davamlı patogenlərin sayı durmadan  artır və cəmiyyətin sağlamlığı üçün böyük təhlükə yaradır. Antibiotiklərə davamlılığın nəticəsi kimi infeksion xəstəliklərin və ölümün sayı artır, eyni zamanda müalicəyə sərf olunan vəsaitin miqdarı çoxalır. Genlərin transkripsiyasını və ekspressiyasını tormozlayan oliqonükleotidlər əksmənalı agentlər adlanır. Vacib oliqonükleotidlərə tərkibi 10-20 əsasdan ibarət olan peptidli nuklein turşuları və qapalı nuklein turşuları aiddir.

İcmal məqalədə oliqonükleotidlərin genlərə təsir ilə patogen bakteriyaların inkişafının qarşısının alınmasının mümkünlüyü müzakirə olunur. Məqalədə irəli sürülən ideya və mühakimələr patogenlərə qarşı mübarizədə yeni perspektivlər açır.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

DOİ: 10.53854/liim-3002-3

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026