BDU aliminin həmmüəllif olduğu məqalə impakt faktorlu jurnalda dərc olunub

03/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “1990-2019-cu illərdə 204 ölkə və ərazi üzrə ümumi və seçilmiş yaş qrupları üçün Səhiyyə Xidmətinə Əlçatanlıq və Keyfiyyət İndeksinin performansının qiymətləndirilməsi: Qlobal Xəstəlik Yükü Araşdırması 2019-dan sistematik təhlil” (“Assessing performance of the Healthcare Access and Quality Index, overall and by select age groups, for 204 countries and territories, 1990–2019: a systematic analysis from the Global Burden of Disease Study 2019”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 38.927) “The Lancet Global Health”  jurnalında çap olunub.

https://www.thelancet.com/journals/langlo/article/PIIS2214-109X(22)00429-6/fulltext

Məlumdur ki, həyat boyu sağlamlıq ehtiyacları dəyişir. Buna görə də səhiyyə sistemlərinin bütün yaşlar üçün keyfiyyətli səhiyyə xidmətinə çıxışı təmin edib-etmədiyini qiymətləndirmək çox vacibdir. Məqalədə 2019-cu ildən qlobal xəstəliklər, yaralanmalar və risk faktorları tədqiq olunub, 1990-2019-cu illər arasında 204 yerdə ümumi və seçilmiş yaş qrupları üçün Səhiyyə Xidmətinə Əlçatanlıq və Keyfiyyət (HAQ) İndeksi ölçülüb.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026