BDU alimi alkoqol qəbulunun yaratdığı sağlamlıq risklərini araşdırıb

20/07/2022

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun  həmmüəllif olduğu “Alkoqol istehlakının miqdarı, coğrafiyası, yaşı, cinsi və ili üzrə əhali səviyyəsində riskləri: Qlobal Xəstəlik Yükü Araşdırması 2020 üçün sistematik təhlil” (Population-level risks of alcohol consumption by amount, geography, age, sex, and year: a systematic analysis for the Global Burden of Disease Study 2020”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 202.731) “The Lancet” jurnalında çap olunub.

Məqalədə müxtəlif miqdarda spirtli içki qəbulunun yarada biləcəyi sağlamlıq riskləri, bu risklərin bölgə, yaş, cins, il və digər xəstəliklərdən asılılığı sistematik analiz edilib. Bu analiz üçün nəzəri olaraq minimum riskə məruz qalma səviyyəsi, qeyri-sərxoş ekvivalenti, sağlamlıq riskinin ekvivalent olduğu istehlak səviyyəsi qiymətləndirilib və müvafiq doza-cavab nisbi risk qrafik əyriləri  qurulub. Məqalədə 21 region, o cümlədən 204 ölkə və ərazi üçün 5 müxtəlif yaş qrupu, cins və il üzrə xəstəlik dərəcələrindən istifadə edilərək içki içməyənlərin göstəriciləri 1990-cı ildən 2020-ci ilə qədər 15-95 yaş və daha yuxarı yaş qruplarında tədqiq olunub.

 

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://doi.org/10.1016/S0140-6736(22)00847-9

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026