BDU aliminin həmmüəllifliyi ilə antimikrob təsirli sarğı hazırlanıb

06/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və Virusologiya Elmi-Tədqiqat Laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Karboksimetilsellüloza və polivinil spirti əsasında elektroformalaşmış nanoliflər potensial antimikrob yara sarğısı kimi” (“Electrospun nanofibers based on carboxymethyl cellulose/polyvinyl alcohol as a potential antimicrobial wound dressing”) adlı məqalə “Web of Sience” bazasinda indekslənən, İF- 6.953 və Q1 kvartil olan “International Journal of Biological Macromolecules” (2022) jurnalında çap olunub.

Karboksimetilsellüloza və polivinil spirti əsasında elektrohörmə yolu ilə nanofibrillər (nanoliflər) alınıb və sintez prosesinə antimikrob agent kimi kolistin antibiotiki daxil edilib. Nanofibrillərdən və kolistindən ibarət kompozit Staphilococcus aureus, Echerichia coli, Klebciella  pneumoniae və Pseudomonas aeruginosa şərti patogen bakteriyalara qarşı yüksək antimikrob aktivlik göstərib və müvafiq olaraq, 1.0-1.4; 1.3-1.4; 0.8-1.0 və 1.3-1.5 sm ingibirləşmə zonası yaradıb. Əldə olunan nəticələr göstərir ki, hazırlanmış nanofibril kompoziti yaraların sağalması üçün sarğı kimi istifadə oluna bilər.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://doi.org/10.1016/j.ijbiomac.2022.05.175

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026