BDU aliminin məqalələri nüfuzlu jurnallarda dərc olunub

21/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalələri “Web of Science Clarivate Analitics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub.

1. “Chitozan biomaterials application in dentistry” (“Xitozan biomolekullarının stomatologiyada tətbiqi”). İnternational Journal of Biological Macromolecules, 2020,162 ( İcmal məqalə, İF-5.162).

Məqalədə təbii polimer olan xitozandan yüksək antimikrob xassələrə malik biostomatoloji materialların alınması üsulları müəyyən olunub.

https://doi.org/10.1016/j.ijbiomac.2020.06.211

2. “Proteomic applications in antimicrobial resistance and clinical microbiology studies” (“Antimikrob rezistentliyə proteomik yanaşma və kliniki mikrobioloji tədqiqatlar”). İnfection and Drug Resistance, 2020, 13, (İcmal məqalə, İF-3.443).

İcmalda patogen bakteriyalara qarsı tətbiq olunan proteom metodlarının üstünlüyü və çatışmayan cəhətləri müəyyən olunub.

https://doi.org/10.2147/IDR.S238446

3. “Potential pharmaceutical and food applications of postbiotics: A Review”    (“Postbiotiklərin potensial dərman və qida vasitələri kimi tətbiqi”). Current Pharmaceutical Biotechnology, 2020, 21, ( İcmal məqalə, İF-0.538)

Məqalədə elmin son kəşflərindən biri olan postbiotiklərin biosintezi və insan sağlamlığında rolu ilə bağlı ədəbiyyat məlumatları analiz edilib, onların probiotiklərdən fərqli olaraq həm qida, həm də dərman vasitəsi kimi istifadəsi araşdırılıb.

https://www.eurekaselect.com/182004/article

4. “Thymol, cardamon and Lactobacillus plantarum nanoparticles as a functional candy with high protection against Streptococcus mutans and tooth decay” (“Kəklikotu, hil və Lactobacillus plantarum nanohissəcikləri Streptococcus mutans bakteriyasına və dişin parçalanmasına qarşı funksional şirniyyat kimi”). Mikrobial Pathogenesis, 2020,148, ( İF- 2.91).

Araşdırmada kəklikotu və hil efir yağlarından və Lactobacillus plantarum sudturşusu bakteriyası ekstraktından alınmış nanohissəciklərdən patogenStreptococcus mutans bakteriyasına və dişlərin parçalanmasına qarşı funksional şirniyyat hazırlamağın üsulları araşdırılıb.

https://www.sciencedirect.com/science/article/abs/pii/S0882401020308470

5. “Study presence of COVİD-19 (SARS-CoV-2) in the sweat of patients infected with Covid-19” (“Covid-19 ilə yoluxmuş xəstələrin tərində COVİD-19 virusunun olmasının öyrənilməsi”). Microbial Pathogenesis, 2020,149, (İF- 2.91)

Eksperimental olaraq müəyyən edilib ki, COVİD-19 kornovirusu ilə yoluxmuş xəstələrin tər vəzilərində virus mövcud olmur və xəstəlik tər vasitəsilə yayılmır.

https://doi.org/10.1016/j.micpath.2020.104556


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024