BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnalda dərc olunub

02/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu "Sərhəd şərtinə spektral parametr daxil olan qeyri-xətti Şturm-Liuvill tənliyində sıfırdan qlobal bifurkasiya” ("Global bifurcation from zero in nonlinear Sturm-Liouville equation with a spectral parameter in the boundary condition") adlı məqaləsi  “Web of Science” beynəlxalq elmmetrik bazasına daxil olan Q3 kvartilli (İF: 0.81) "Riyaziyyatda suallar" (“Quaestiones Mathematicae”) jurnalında dərc olunub.

https://doi.org/10.2989/16073606.2022.2152398

Məqalədə sərhəd şərtinə spektral parametr daxil olan xəttiləşməyən Şturm-Liuvill məsələsinə baxılır. Bu məsələnin həlləri çoxluğunun trivial həllər əyrisinin bifurkasiya nöqtələrindən və parçalarından budaqlanan və uyğun xətti məsələnin məxsusi funksiyalarının osillyasiya xassələrinə malik siniflərdə yerləşən bir cüt qeyri-məhdud əlaqəli komponentləri ailəsinin varlığı göstərilib.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026