BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnalda dərc olunub

15/07/2024

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu “Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti sərhəd məsələlərinin nodal həllərinin mövcudluğu” (“Existence of nodal solutions to some nonlinear boundary value problems for ordinary differential equations of fourth order”) adlı məqaləsi  “Web of Science” elmmetrik bazasına daxil olan Q1 kvartilli (IF: 1.087) “Electronic Journal of Qualitative Theory of Differential Equations” jurnalında dərc olunub.

https://doi.org/10.14232/ejqtde.2024.1.25  

Məqalədə sərhəd şərtinə spektral parametrə daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti sərhəd məsələlərinin düyün həllərinin mövcudluğu araşdırılır. Bunun üçün əvvəlcə qeyd olunmuş sayda nodal sıfırları olan funksiyalar siniflərində uyğun qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sıfırdan və sonsuzluğundan qlobal bifurkasiyası öyrənilir. Sonra isə bu qlobal bifurkasiya haqqında nəticələrdən istifadə edilərək, baxılan qeyri-xətti sərhəd məsələlərinin  qeyd olunmuş sayda nodal sıfırlara malik həllərinin varlığı göstərilir.

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026