BDU aliminin məqaləsi impakt faktorlu jurnalda

03/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Ziyatxan Əliyevin həmmüəllifi olduğu "Unilateral global bifurcation from infinity in nonlinearizable one-dimensional Dirac problems" ("Xəttiləşməyən birölçülü Dirak məsələlərinin sonsuzluqdan birtərəfli qlobal bifurkasiyası”) adlı məqaləsi “International Journal of Bifurcation and Chaos (IJBC) in Applied Sciences and Engineering (World Scientific Publishing Co. Pte Ltd)” beynəlxalq jurnalında dərc olunub.

Məqalədə xəttiləşməyən birölçülü Dirak məsələsinə baxılır. İşdə Prüfer tipli çevirmədən istifadə edilərək xətti məsələnin məxsusi funksiyalarının osillyasiya xassələrinə malik funksiyalar sinifləri qurulur. Baxılan qeyri-xətti məsələnin sonsuzluqdan bifurkasiya intervalları tapılır və məsələnin trivial olmayan həllərinin bu intervalllardan budaqlanan və onların müəyyən ətraflarında uyğun osillyasiya siniflərində yerləşən bir cüt kontinuumlarının varlığı göstərilir. Bundan başqa isbat olunur ki, bu kontinuumlardan hər biri ya başqa bifurkasiya intervalını özündə saxlayır, ya trivial həllər düz xəttini kəsir, ya da onun trivial həllər düz xəttinə proyeksiyası qeyri-məhdud olur.

IJBC jurnalı 1991-cı ildən nəşr olunur, tətbiqi elmin və texnikanın müxtəlif sahələrində bifurkasiya, xaos nəzəriyyələrinə və qeyri-xətti məsələlərə həsr olunmuş məqalələrin dərc olunduğu Q1 (impakt faktor-2.469) reytinqli nüfuzlu jurnallardan biridır. (Journal Citation Reports®, Clarivate Analytics 2020)

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://www.worldscientific.com/doi/10.1142/S021812742150005X


Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026