BDU aliminin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

09/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Clarivate Analytics” beynəlxalq elmmetrik bazasında referatlaşdırılmış “Journal of Pseudo-Differential Operators and Applications” (İF-0.532) impakt faktorlu jurnalda məqaləsi dərc edilib. (https://www.springer.com/journal/1186)

“Dunkl operatorunun doğurduğu kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzasında xarakterizasiyası” adlı məqalədə Orliç fəzasında təyin olunan kəsr maksimal operatorun məhdudluğu üçün meyar alınıb. Bu nəticənin tətbiqi olaraq maksimal kommutatorun Orliç fəzasında məhdud olması üçün zəruri və kafi şərt olması isbat edilib. Həmçinin, $b\in BMO$ olduqda maksimal operatorun kommutatorunun  Orliç fəzasında məhdud olması üçün kafi şərtlər tapılıb.

Characterization of fractional maximal operator and its commutators on Orlicz spaces in the Dunkl setting

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/s11868-020-00364-w

Xəbərlər

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib
30/06/2026

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
30/06/2026

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub
30/06/2026