BDU aliminin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

12/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat elmi-tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və  “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə “Journal of Pseudo-Differential Operators and Applications” (https://www.springer.com/journal/11868) 0.532 impakt faktorlu jurnalda dərc edilib.

“VMO əmsallı parabolik tənliyin həllinin Orliç-Morri fəzasında qlobal requlyarlığı” adlı məqalədə parabolik Kalderon-Ziqmund operatorun doğurduğu subxətti inteqral operatorun və parabolik funksiya BMO-dan olduqda kommutatorun ümumiləşmiş parabolik Orliç-Morri fəzasında məhdudluğu isbat edilib. Parabolik sinqulyar və sinqulyar olmayan inteqral operator və onların kommutatorlarının ümumiləşmiş parabolik Orliç-Morri fəzalarında məhdudluğu üçün kafi şərtlər tapılıb. Alınmış nəticələr əsasında ümumiləşmiş parabolik  Orliç-Morri fəzalarında VMO əmsallı divergent olmayan parabolik tənliyin həllərinin qlobal requlyarlığı məsələsi araşdırılıb.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026