BDU aliminin məqaləsi impakt faktorlu jurnallarda

23/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Ziyatxan Əliyevin həmmüəllifi olduğu "Global bifurcation from zero in some fourth order nonlinear eigenvalue problems" ("Bəzi dördüncü tərtib qeyri-xətti məxsusi qiymət məsələlərinin sıfırdan qlobal bifurkasiyası”) adlı məqaləsi “Bulletin of the Malaysian Mathematical Sciences Society” ("Malayziya Riyaziyyat Elmləri Cəmiyyətinin Bülleteni") beynəlxalq jurnalında, “Bifurcation from zero or infinity in nonlinearizable Sturm–Liouville problems with indefinite weight” (“Xəttiləşməyən idefinit çəkili Şturm-Liuvill məsələlərinin sıfırdan və sonsuzluqdan bifurkasiyası”) adlı məqaləsi isə ”Electronic Journal of  Qualitative Theory of  Differential Equations” (“Diferensial Tənliklərin Keyfiyyət Nəzəriyyəsinin Elektron Jurnalı”) jurnallarında dərc olunub.

Məqalələrdə uyğun olaraq sərhəd şərtinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər və indefinit çəkili Şturm-Liuvill tənliyi üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sıfırdan və sonsuzluqdan qlobal bifurkasiyası tədqiq olunur. Baxılan məsələlərin həllərinin trivial həllər əyrisinin nöqtələrindən və parçalarından budaqlanan və onların ətrflarında uyğun xətti məsələlərin məxsusi funksiyalarının osillyasiya xassələrinə malik siniflərdə yerləşən qeyri-məhdud kontinummlarının varlığı göstərilir.

Qeyd edək ki, “Bulletin of the Malaysian Mathematical Sciences Society” və “Electronic Journal of Qualitative Theory of  Differential Equations” jurnalları  “Clarivate Analytics” agentliyinin “Web of Sciences” bazasına daxil olan (kvartillari-Q1, impakt faktorları isə 1.554 və 1.874) olan jurnallardır.

Məqalələri oxumaq üçünaşağıdakı linklərə keçid edə bilərsiniz:

https://link.springer.com/article/10.1007/s40840-020-00989-6

https://www2.math.ethz.ch/EMIS/journals/EJQTDE/p9032.pdf

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026