BDU aliminin məqaləsi ən çox istinad alanlar sırasındadır

17/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Complex Variables and Elliptic Equations” jurnalında dərc olunmuş “Boundedness of the fractional maximal operator in local Morrey-type spaces” adlı məqaləsi Web of Science elmmetrik bazasında 87 istinad alaraq, 1543  məqalə arasında 2-ci yerə yüksəlib.

2007-ci ildən nəşrinə başlanan Britaniyanın “Complex Variables and Elliptic Equations” jurnalı “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar bazasına daxildir (impakt faktoru: 0.695-Q3). Jurnalda bu günə qədər Web of Science bazasına daxil olan  1543  məqalə  çap olunub. Jurnalın əsas mövzu sahəsi riyaziyyat, kateqoriyası isə riyazi analiz, tətbiqi analiz, hesablama riyaziyyatı və ədədi analizdir.

Məqalə ilə tanış olmaq linkə keçid edin:

https://www.tandfonline.com/doi/full/10.1080/17476930903394697

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026