BDU aliminin məqaləsi ən yüksək həddli istinad alıb

18/09/2020

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat elmi-tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və  “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə sahə və nəşr ili üçün “Clarivate Analytics” (Thomson Reuters) beynəlxalq elmmetrik bazasında yüksək isinad həddi əsasında Riyaziyyat elmi sahəsinin ən yaxşı nümayəndələrinin 1% -nə daxil olmaq üçün isinad alıb.

Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Discrete and Continuous Dynamical Systems-Series B” (https://www.aimsciences.org/journal/1531-3492) 1.008 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar” (https://www.aimsciences.org/article/doi/10.3934/dcdsb.2019260) adlı məqalədə tərs Hölder sinifinə daxil olan mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorların məhdudluq məsələləri araşdırılıb.

Qeyd edək ki, bu hal professor Vaqif Quliyevin 2018-ci il üçün “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Mathematical Analysis and Applications” (https://www.journals.elsevier.com/journal-of-mathematical-analysis-and-applications) və 2019-cu ildə “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilmiş məqalələrinə də şamil edilib.

Elmi qiymətləndirmənin ən mötəbər sistemi “Clarivate Analytics” (Thomson Reuters) Agentliyidir. Baş ofisi ABŞ-ın Filadelfiya şəhərində olan agentlik “Web of Science” məlumat platformasında yerləşir.

 

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://www.aimsciences.org/article/doi/10.3934/dcdsb.2019260

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025