BDU aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

16/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun, Azərbaycan Tibb Universitetinin əməkdaşları və digər tanınmış alimlərlə birgə həmmüəllif olduğu elmi məqalə Web of Science (Clarivate Analitics) elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub. “Application of Advanced Nanomaterials for Kidney Failure Treatment and Regeneration” (“Böyrək çatışmazlığının müalicəsi və regenerasiyası üçün müasir nanomaterialların tətbiqi”)” adlı məqalə Materials (İF-3.057) jurnalında çap olunub.

Məqalədə, dərmanların həll olma probleminin və hədəfdən kənar mənfi təsirlərinin aradan qaldırılmasında, həm də klinik praktikada yeni teranostik yanaşmaların yaranmasında nanotibbin t     ətbiqindən bəhs edilir. Tədqiqatın əsas məqsədi böyrək xəstəliklərinin terapiyasında müxtəlif nanomateriallardan istifadə edərək, terapevtik üsulları daha effektiv və təsirli etməkdir. Tədqiqatlar zamanı böyrək toxumasının müalicəsi və bərpasında nanomateriallara əsaslanan bir neçə yanaşma tətbiq edilib.

Təqdim olunan məqalədə mezenximal kök hüceyrələrindən alınan nanohissəciklərin və qan təmizləyici sistemlərdə istifadə olunan nanomaterial əsaslı adsorban və membranların istifadəsi ilə böyrək çatışmazlığının müalicəsi üçün yeni terapevtik üsullar təsvir edilib.

Məqalə ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.3390/ma14112939

 

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026