BDU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

03/05/2021

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə yüksək impakt faktorlu, Q1 kateqoriyalı “Journal of Mathematical Inequalities” (İF: 1.219 (2019)) jurnalında dərc edilib.

“Karnot qruplarında təyin olunmuş ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatorunun və onun kommutatorlarının xüsusiyyətləri” adlı məqalədə Karnot qruplarında təyin olunmuş ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatorunun güclü və zəif Spanne tipli məhdudluğu üçün meyarlar göstərilib. Həmçinin Karnot qruplarında təyin olunmuş ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatorun kommutatorunun Spanne tipli məhdudluğu üçün də meyar alınıb.

Məqaləni oxumaq üçün linkə keçid edin:

http://files.ele-math.com/articles/jmi-15-14.pdf

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026