BDU aliminin məqaləsi Q1 kvartil kateqoriyalı jurnalda dərc edilib

20/05/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri Fərhad Rüstəmovun “Bi12TiO20 kristallarının mexaniki xassələrinin nanoindentasiya yolu ilə təyini” (“Determination of mechanical properties of Bi12TiO20 crystals by nanoindentation”) adlı məqaləsi Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Materials Science in Semiconductor Processing” (Materials Science in Semiconductor Processing. Volume 140,15 March 2022, 106389) jurnalında dərc edilib.

Çoxralski üsulu ilə alınmış Bi12TiO20 monokristalının mexaniki xassələri nanoindentasiya üsulu ilə tədqiq edilib.

Nanoindentasiya təcrübələri 5 mN-dan 100 mN-ə qədər müxtəlif yüklənmələrdə aparılıb. Kristalın sərtliyi və Young modulu Oliver-Pharr üsulu ilə müəyyən edilib. Sərtliyin yükdən asılılığı ölçü girinti effekti büruzə verir. Kristalın elastik və plastik deformasiya komponentləri hesablanıb və müəyyən edilib ki, BTO monokristalında dominant komponent plastik deformasiyadır.

Məqaləni aşağıdakı linkdən oxumaq olar:

https://doi.org/10.1016/j.mssp.2021.106389

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026