BDU aliminin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda

28/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Results in Mathematics” (https://www.springer.com/journal/25) 1.199  yüksək impakt faktorlu  Q2 kateqriyalı jurnalda dərc edilib.

“Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kommutatorların BMO fəzalarında xarakterizasiyası”  adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kəsr maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınıb.  Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.

Məqaləni aşağıdakı linkdən oxumaq  mümkündür:

https://link.springer.com/article/10.1007/s00025-021-01578-0

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026