BDU aliminin məqaləsi yüksək istinadlı beynəlxalq jurnalda dərc edilib

17/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Aida Bağırovanın müəllifi olduğu “Ərəblərarası inteqrasiyanın İraq nümunəsi: nəzəriyyə və təcrübə arasında” (“The Iraqi case of inter-arab integration: between theory and practice) adlı məqalə “Web of Science” bazasına daxil olan Voprosy Istorii” (2022; Volume: 3; Issue: 2) jurnalında dərc edilib.

Məqalədə göstərilir ki, ərəb birliyi konsepsiyasının əhəmiyyətli komponenti olan ərəblərarası inteqrasiya problemi dərin tarixi və sosial-mədəni köklərə malikdir və ərəb dünyasında müasir dövlətçiliyin yaranma tarixi ilə sıx bağlıdır. Məqalədə ərəblərarası inteqrasiyanın əsas mərhələləri təhlil olunur, bu mərhələlərin hər birinin spesifik xüsusiyyətlərinə toxunulur.

Məqalədə aparıcı ərəb ölkələrindən biri olan İraqın nümunəsi əsasında ərəb birliyi konsepsiyasına xüsusi diqqət yetirilir. Qeyd olunur ki, İraqda Baas Partiyasının hakimiyyəti dövründə (1963, 1968-2003) ərəb birliyi konsepsiyası dövlət siyasətinə çevrilib. Lakin müxtəlif obyektiv və subyektiv amillərin təsiri altında o, tam birləşmə və federasiyadan tutmuş, əhatə dairəsi daha dar olan subregional alyanslar çərçivəsində əməkdaşlığa qədər əhəmiyyətli təkamülə məruz qalıb.

Məqaləni aşağıdakı linkdən oxumaq olar:

https://doi.org/10.31166/VoprosyIstorii202203Statyi45

 

 

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026