BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub

17/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayevin “Print media istehsalı və texnologiyası” adlı dərs vəsaiti çapdan çıxıb.

Yeni nəşr çap mediasının istehsal prosesində tətbiq olunan müasir texnologiyalar, istehsalat mərhələləri, texniki vasitələr və çap prosesinin aktual xüsusiyyətlərini əhatə edir. Dərs vəsaiti əsasən “Jurnalistika” ixtisası üzrə təhsil alan tələbələr, eləcə də çap və nəşriyyat sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Vəsaitdə çap məhsullarının hazırlanma mərhələləri, texnoloji proseslərin təşkili, istehsal zamanı istifadə olunan avadanlıqlar və məhsul keyfiyyətinə təsir edən amillər geniş şəkildə izah edilir. Bununla yanaşı, çap mediası sahəsində texnoloji yeniliklər və müasir istehsal yanaşmaları da nəşrdə əksini tapıb.

Yeni dərs vəsaiti media təhsili sahəsində tələbələrin nəzəri biliklərinin artırılması və onların praktiki bacarıqlarının formalaşdırılması baxımından mühüm elmi-praktik mənbə kimi qiymətləndirilir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026