BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

28/06/2019

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədov Rumıniyanın Konstanta şəhərində keçirilən "Cənubi-Şərqi Avropada və Qara dəniz regionunda istehsal edilən nanomaterialların istehsalı nəticəsi hesabına risklərin və təhlükəsizliyin idarə edilməsi" adlı beynəlxalq konfransda iştirak edib, məruzə ilə çıxış ediblər.

Almaniya, İspaniya, Yunanıstan, Moldova, Ukrayna və digər ölkələrin alimlərinin qatıldığı konfransda nanotexnologiya məhsullarının bütün dünyanın qabaqcıl ölkələrində  istehsal olunduğu, onların dünya bazarına çıxarıldığı nəzərə alınaraq yaratdığı risklərin və təhlükəsizlik məsələlərinin aktual problem kimi bu gün və yaxın gələcəkdə öz həllini tapmalı olduğu əsas müzakirə predmeti olub.

Qara Dəniz Universitetləri Şəbəkəsinin təşəbbüsü, Rumıniyanın Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan konfransda, eyni zamanda, elmi əlaqələrin ortaq inkişafı müzakirə edilib, bu istiqamətdə ayrı-ayrı ölkələrdə innovasiyayönümlü tədqiqat işlərinin vahid bir sistemlə aparılması və yönəldilməsi, bunun üçün Qara Dəniz Universitetləri Şəbəkəsinin Avropa Birliyi layihələrində birgə əməkdaşlığının vacibliyi qeyd edilib.

Yekun olaraq yaxın zamanlarda təklif olunan istiqamətlərdə “Horizon 2020”-yə innovasiyayönümlü qrant layihələrinin hazırlanması barədə qərar qəbul edilib.

Mətbuat və informasiya şöbəsi, 28 iyun 2019-cu il.


Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026