BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

02/04/2021

Belarus Dövlət Universitetinin 100, Dünyanın fiziki coğrafiyası və təhsil texnologiyalarının 60 və professor O.F.Yakuşkonun 100 illiyinə həsr edilmiş “XX-XXI əsrlərdə Belarusda coğrafi tədqiqatların inkişafı” mövzusunda onlayn Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professorları Məqsəd Qocamanov, Fərda İmanov, Əsgər Məmmədov və müəllimləri Aytən Məhərrəmova, Aytən Quliyeva iştirak ediblər. Alimlər konfransda Xəzərdə dəniz obyektlərinin geodezik monitorinqinə dair ümumi  yanaşmalar, Azərbaycanda gündəlik maksimum yağıntının uzunmüddətli dəyişməsi, quraqlıq iqlim dəyişmələrinin təzahür forması kimi və antropogen  fəaliyyətin təsiri altında Kür çayının axınındakı dəyişikliklərin qiymətləndirilməsi haqqında elmi məruzlərlə çıxış ediblər.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026