BDU alimləri Beynəlxalq Konqresdə sertifikata layiq görülüblər

15/10/2018

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən Bakıda VII beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi (7.Uluslararası Çin'den Adriyatik'e Sosyal Bilimler Kongresi) keçirilib.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosentləri Yaqut Əliyeva "Qloballaşma şəraitində uşaqların tərbiyəsində "zərurət" və "məqsədəuyğunluq" paradoksları (Azərbaycan tədqiqat materialları əsasında)” (“Парадоксы «необходимости» и «целесообразности» в воспитании детей в условиях глобализации (на материалах исследования по Азербайджану) və Faiq Ələkbərli XX əsr – XXI əsrin əvvəllərində türk dünyasında türkçülüklə bağı fərqli “üçlü” düstur (“XX Yüzyıl – XXI Yüzyılın Başlarında Türk Dünyasında Türkçülükle İlgili Farklı «Uçlü» Düstur”) məruzələri ilə çıxış edərək sertifikatla təltif ediliblər.

Bundan əlavə dosent Y.Əliyeva Konqresin Təşkilat Heyətində Elmi Heyətin üzvü seçilib.

Qeyd edək ki, məqalə və tezislərin simpoziumun materiallarında və Türkiyənin tanınmış elmi jurnallarından birində çap olunacağı nəzərdə tutulur.

Mətbuat və informasiya şöbəsi, 15 oktyabr 2018-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026