BDU alimləri III. Müasir Təhsil Tədqiqatları konqresində çıxış ediblər

16/07/2018

1-14 iyul 2018-ci il tarixlərində Polşanın Krakov və Auşvitz şəhərlərində Türkiyənin Muğla Universiteti, Polşanın Kapitan Vitold Pilecki adına Tətbiqi Elmlər Universiteti ilə birgə III. Müasir Təhsil Tədqiqatları konqresi keçirilib.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin əməkdaşları – Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova “Müasir fəlsəfədə qlobal reallıq və insan hüquqları problemi” (The problem of global reality and human rights in modern philosophy) adlı məqalə ilə qiyabi, Sosiologiya kafedrasının dosenti - Yaqut Əliyeva “Azərbaycan təhsil sisteminin qloballaşma prosesində ictimai təşkilat kimi fəaliyyət göstərməsi” (The functioning of the education system of Azerbaijan as social institution in the process of globalization) (həmmüəllif s.ü.f.d.S.Əliyeva, Sosiologiya kafedrası) adlı məruzə ilə konfransda iştirak və çıxış ediblər.

İştirakçılar sertifikatla təltif olunublar. Məqalə və tezislərin konfrans materiallarında, Polşanın və Türkiyənin tanınmış elmi jurnallarının birində çap olunacağı nəzərdə tutulur. Bununla bərabər dos.Yaqut Əliyeva konqresin Təşkilat Heyətinin elmi heyətdə üzv seçilib.

Mətbuat və informasiya şöbəsi, 16 iyul 2018-ci il.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026