BDU alimləri külək enerjisini elektrik enerjisinə çevirən yeni qurğu yaradıblar

05/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar  üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Orxan Güləhmədov, Jiseok Kim, Mustafa Muradovun The wind-driven Scotch yoke-based triboelectrik system for energy harvesting” (Enerji yığımı üçün küləklə idarə oluna bilən Scotch Yoke əsaslı triboelektrik nanogenerator sistemi) adlı məqaləsi təsir faktoru (impact factor) 5.164 olan “International Journal of Energy Research” beynəlxalq jurnalında dərc olunub.  Məqalədə ilk dəfə olaraq külək enerjisini elektrik enerjisinə çevirə bilən “Scotch Yoke” əsaslı triboelektrik nanogeneratorun yaradılması barədə məlumat verilib.

Külək sürətinin dəyişməsinin triboelektrik nanogeneratorun çıxış parametrlərinə təsiri müəyyən edilib. Həmçinin, neylon və polisiloksan materiallardan istifadə olunaraq oriqami strukturlu bir neçə nümunə hazırlanıb və belə strukturların triboelektrik nanogeneratorun fəaliyyətinə necə təsir etdiyi araşdırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1002/er.7900

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026