BDU alimləri “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsinin qalibi olublar

16/10/2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələrinin qalibləri mükafatlandırılıb.

“Hilton” oteldə keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev açıb. O, qrant layihələrin həyata keçirilməsinin əhəmiyyətindən söz açaraq rəhbərlik etdiyi qurumun 8 ildir ki, bu istiqamətdə məqsədyönlü işlər həyata keçirdiyini bildirib.

Qeyd edib ki, gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlərini müsabiqə yolu ilə qiymətləndirmək və mükafatlandırmaq qurumun əsas hədəflərindəndir. E.Babayevin sözlərinə görə, “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərmiş, yüksək impakt faktorlu, nüfuzlu jurnallarda dərc olunmuş elmi məqalələri olan, elmi işlərinə istinad edilən alimlərin Fond tərəfindən müəyyənləşdirilərək beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır. Bildirib ki, şəffaf və obyektiv şəkildə keçirilmiş müsabiqənin nəticələrinə görə, “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” nominasiyaları üzrə 12 alim (8 alim “2016-cı ilin alimi”, 4 alim “2016-cı ilin gənc alimi”) qalib elan olunub.

Sonra AMEA-prezidenti, EİF-in Himayədarlar Şurasının üzvü, akademik Akif Əlizadə çıxış edərək bu müsabiqəni elmin inkişafı, populyarlaşdırılması və gənc alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib. Alim ölkədə gənclərin elmə cəlb olunması, onların birgə fəaliyyəti və dünya elminə töhfələr verməsini təmin etmək üçün məqsədli elmi proqramların təşkil olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Gənclər və idman naziri Azad Rəhimov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Təhsil nazirinin müavini Mətin Eynullayev, Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və digərləri alimlərin əməyinin qiymətləndirilməsində bu kimi müsabiqələrin böyük rol oynadığını bildiriblər, EİF-in həyata keçirdiyi qrant layihələri yüksək dəyərləndiriblər.

Qeyd edək ki, qaliblər arasında BDU alimləri də var. Belə ki, Xudaverdi Qəmbərov biologiya, Kamran Mahmudov kimya üzrə “2016-cı ilin alimi”, Ofelya Balayeva isə “2016-cı ilin gənc alimi” nominasiyası üzrə qalib olublar.

www.science.gov.az

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024