BDU alimləri nitratların təmizlənməsində bimetal nanohissəciklərin təkrar istifadəsini tədqiq ediblər

22/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva, həmin kafedranın doktorantı Günay Vəliyeva və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Flora Hacıyevanın həmmüəllif olduqları “Nitratların təmizlənməsində bimetal nanohissəciklərin təkrar istifadəsi” adlı məqalə “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu “IEEE Transactions on Nanotechnology”  (IF=2,967) jurnalında dərc olunub.

Məqalədə FeNi bimetal nanohissəciklərin yüksək miqdarda nitratların təmizlənməsində təkrar istifadəsinə dair aparılmış tədqiqatlar barədə məlumat verilib. Müəyyən edilib ki, ilkin sintez olunan FeNi nanohissəciklərinin iştirakı ilə cəmi 5 dəqiqə ərzində nitratların demək olar tam reduksiyası (99,75%) və təmizlənməsi baş verir. FeNi nanohissəciklərinin ikinci istifadəsi zamanı nitratların reduksiyası 64,67%, üçüncü  istifadəsində isə 47% təşkil edir. Bimetal nanohissəciklərin nitratların təmizlənməsində təkrar istifadəsi iqtisadi cəhətdən sərfəli olmaqla bərabər, ekoloji təmiz texnologiyaların yaradılması imkanları hesab oluna bilər.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

10.1109/TNANO.2022.3230284

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026