BDU alimləri Oksford Universitetinə dəvət olunublar

08/04/2019

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının professoru Vaqif İbrahimov və həmin kafedranın dosenti Mehriban İmanova Oksford Universitetinin təşkilatçılığı ilə aprelin sonunda keçiriləcək konfransda iştirak etmək üçün dəvət alıblar. “Hesablama riyaziyyatının müasir istiqamətləri” adlı konfransda alimlərin çıxışları və təqdim etdikləri məqalələrin nüfuzlu jurnallarda çapı  nəzərdə tutulub.
Qeyd edək ki, 14-15 mart tarixlərində Oksford Universitetində texniki elmlərin müasir istiqamətlərinə dair təşkil olunan konfransda 40-dan çox ölkənin alimləri elmi məqalələrlə müraciət etsə də, yalnız 27 faizi, o cümlədən Hesablama riyaziyyatı kafedrasının professoru Vaqif İbrahimovun və həmin kafedranın dosenti Mehriban İmanovanın məqaləsi qəbul olunmuşdu. Alimlər həmin konfransda çıxışlar etmişdilər.
Ümumiyyətlə, son illər Hesablama riyaziyyatı kafedrasının professoru Qalina Mehdiyevanın rəhbərliyi ilə kafedranın əməkdaşları xaricdə Azərbaycan elmini uğurla təmsil edirlər. Belə ki, bundan əvvəl M.İmanova Kembric Universiteti (Böyük Britaniya), Nanyan Universiteti (Sinqapur), Yunanıstanın Rodos şəhərində fəaliyyət göstərən Konfrans Mərkəzi, İmperial Kolleci (Böyük Britaniya) və s. kimi elmi mərkəzlərdə uğurlu çıxışlar edib.


Mətbuat və informasiya şöbəsi, 08 aprel 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026